Samsung şirkəti Galaxy Unpacked 2021 onlayn təqdimatı ilə bağlı dəvəti mətbuat nümayəndələrinə göndərib.


Facemark.az xəbər verir ki, onlayn təqdimat 14 Yanvar, Moskva vaxtı ilə saat 18:00-da baş tutacaq.


Tizer vizualı daha əvvəl internetə sızdırılan təsvirə bənzəyir. Kompaniya, həmçinin 6 və 11 yanvarda CES 2021 çərçivəsində təqdimat həyata keçirəcək.



Ancaq hələ dəqiq məlumat yoxdur ki, Samsung şirkəti Galaxy Unpacked 2021-də hansı məhsulunu təqdim edəcək. Şayiələrə görə isə bu onlayn təqdimatda Galaxy S21 və Galaxy Buds Pro qulaqlıqlarının debütü gözlənilir.