İtaliya Texnologiya İnstitutunda dörd ayağında səkkizi hidravlika, dördü isə elektromotorlar vasitəsilə hərəkət edən 12 oynaqlı robot-at hazırlanmışdır. Ümumi çəkisi 90 kiloqram olan robot saatda 15 kilometrə qədər sürətlə qaçmaq qabiliyyətinə malikdir. diagram.com.ua saytının məlumatına görə, istehsalçılar robotu stereokamera və lazerli məsafəölçəndən ibarət baş, həmçinin robotun beşinci bədən üzvü olan manipulyatorla – əl ilə təchiz etmək niyyətindədirlər. Dəmir at təbiətin qorunması, xilasedici əməliyyatlar zamanı, həmçinin adi maşınla gedilməsi çətin olan ucqar rayonlarda kənd təsərrüfatı və meşəçilik sahəsində tətbiq üçün nəzərdə tutulub.