Larri Kinq 1996-cı il. Prezident seçkilərindən öncə ABŞ prezidenti Bill Klinton və vitse-prezdent Albert Qor ilə olan müsahibəsi.


Teleaparıcı Larri Kinq 87 yaşında dünyasını dəyişib. İlin əvvəlində onu koronavirus xəstəliyindən dolayı xəstəxanaya yerləşdirmişdilər.


Facemark.az xəbər verir ki, əfsanəvi teleaparıcının ölümü ilə bağlı məlumatı şənbə günü onun şəxsi “Twitter” hesabı üzərindən paylaşıblar.


Köynəyinin qollarını daima bükməsi, köynəyin üzərindən olan asqıları və müsahibinə qarşı iddiasız maneraları - ABŞ telejurnalistikasının əfsanələrindən biri olan Larri Kinqin üslubundan bir neçəsi idi. Kinq ömrünün yarısından çoxunu, 60 il CNN telekanalında öz şəxsi proqramına rəhbərlik etdiyi verilişi aparıb. Kinq dünya siyasətinin olduqca popular şəxsləri, şou-biznes ulduzları və aparıcı idmançılar ilə müsahibələr alıb.


Populyarlığının pik həddi kimi “Larry King Live” tok-şousuna təkcə bir gecədə 1,5 milyon insan tərəfindən izlənib. 2010-cu ildə onun son bölümü ekrana çıxıb. Teleefir məkanında ən uzun və davamlı olaraq yayımlandığına görə, “Larry King Live” Ginnes-in rekordlar kitabına düşməyi bacarıb. Verilişin yayımlandığı son bölümündə, ABŞ-ın o vaxtki prezidenti Barak Obama özünün video müraciətində deyirdi ki, “Larri Kinq bizim oturduğumuz otaqdan, dünyaya gözlərimizi açdı”. CCN nəşrinin məlumatına görə, Kinq-i televiziya müsahibələrinin Məhəmməd Əlisi hesab edirdilər.


Minlərlə rusiyalının yaddında o, ölkə prezidenti Vladimir Putin ilə olan müsahibəsi ilə xatırlanır. O zaman, Kinq Putinə birbaşa olaraq belə bir sual verdi: “Mənə deyin görək, Kursk sualtı qayığına nə oldu?”. Putin xəfif təbəssümdən sonra, jurnalistin sualına belə cavab verdi. “O, batdı”. Daha sonra bu ifadə Rusiya liderinin ən məşhur sitatlarından birinə çevrildi.


Lourens Harvi Zeyqer (Larri Kinq) 1933-cü ildə Bruklində dünyaya gəlib. O, yəhudi ailəsində dünyaya göz açıb, ancaq yetkin yaşlarında artıq aqnostik idi.


Kinqin atası Edvard hələ 44 yaşı olan zaman dünyasını dəyişir. O vaxt Kinq orta məktəbi yeni başa vurmuşdu. O, ailəsinə kömək olmaq üçün bir neçə il çalışmalı olmuşdu.


Kinq 20 yaşı olan zaman, bütün həyatını jurnalistika ilə bağlamağa qərar vermişdi. Elə buna görə də gələcəyin əfsanəvi teleaparıcısı olacaq Kinq radioda çalışmaq üçün Florida ştatına gedir.


Deyilir ki, ilk radio efirindən əvvəl radiostansiyanın rəhbəri ondan xahiş edir ki, onun etnik mənşəyini özündə daha az ehtiva edən başqa bir soyaddan istifadə etsin. Onun gözü qəzetlərin birində King's Wholesale Liquor (King's spirt topdansatış mağazası) sataşır və beləcə “King” soyadı dünyaya gəldi.



Kinq 1950-1960-ci illərdə yerli radiostansiyada yüksək vəzifələrə qədər yüksəlib. 1978-ci ildə isə öz ölkəsində dinləyicilərin efirə zəng etdiyi bir gecə proqramının aparıcısı kimi məşhurluq qazanıb. Daha sonra isə o CNN telekanalından iş təklifi əldə edir. CNN telekanalının məlumatına görə isə Kinq özünün uzunmüddətli karyerası ərzində 50 000-dən çox müsahibə alıb. Kinq Cerald Forddan başlayaraq bütün ABŞ prezidentlərindən müsahibə alıb.



Onun məşhur qonaqlar siyahısı o qədər uzundur ki, hamısının adını çəkmək qeyri-mümkündür. Ancaq Martin Lüter Kinq, Dalay-lama, Bill Qeyts, Ledi Qaqa, Lebron Ceyms, Peris Hilton və Marqaret Tetçer onlardan təkcə bir neçəsidir.



Radio və Televiziya jurnalistikasında uzunmüddətli əməyinə görə, bir sıra mükafatlara layiq görülüb. Ancaq bəziləri Kinq-i müsahiblərinə qarşı çox yumşaq olduğuna və açıq suallar ünvanladığına görə ittiham edirdi. Kinq-in özü isə onun haqqında yayılan bu ittihamları təkzib edirdi. O, 2015-ci ildə BBC-yə verdiyi müsahibəsində deyirdi: “Mən nə qədər geri çəkilsəm, bir o qədər yaxşı suallar verirdim, cavabları diqqətlə dinləyirdim, qonaqlarıma qayğı ilə yanaşırdım. Elə buna görə də onlar kameranın mövcudluğunu bir o qədər tez unudurdular”.



facemark.az-ın televiziya məkanının əfsanəsi olan Larri Kinq haqqında daha öncə hazırladığı FMR VİDEO-ya isə aşağıdakı YouTube linkindən baxa bilərsiniz.