Saxalində təqaüdçü bank növbəsində vəfat edib.
Saxalin polisi Dolinske şəhərində təqaüdçünün ölüm faktı ilə bağlı araşdırmalara başlayıb.
Facemark.az xəbər verir ki, 74 yaşlı kişi bank növbəsində dayanan zaman dünyasını dəyişib.
Onun vücudunda hər hansı bir zədəyə rast gəlinməyib. Rusiya Federasiyasının bölgə üzrə araşdırma bürosunun tibbi müayinələr nəticəsində əldə etdiyi ilkin məlumatına görə, onun ölümünə kəskin ürək çatışmazlığı səbəb olub.
Detallı bir araşdırmadan sonra isə kişinin ölümünün dəqiq səbəbləri müəyyən ediləcək. Daha sonra isə profilaktik xarakterli tədbirlər görüləcək.