Ticarətin açılışında bitkoinin dəyəri yenidən 1,56% bahalaşaraq $47,126 dollara çatıb.


Facemark.az xəbər verir ki, bu haqda CoinDesk portalı Moskva vaxtı ilə 03:45-ə olan məlumata istinadən yazır.


Bitkoinin dəyəri pik həddə çataraq $47,550 olub. Beləliklə, kriptovalyuta üçüncü dəfə bir neçə saat içərisində tarixi maksimuma çatıb.


Bildirək ki, Tesla şirkətinin rəhbəri, sahibkar Elon Musk bitkoinə 1,5 milyard dollar investisiya edib, bu xəbərdən sonra onu qiymətlərində artım müşahidə edilir.


Kompaniya, həmçinin elan edib ki, yaxın gələcəkdə öz məhsullarının qəbuluna görə ödənişi kriptovalyuta kimi almağı planlaşdırır.