MƏQALƏNİN ƏVVƏLİ BURADA


3. Aktiv bir həyat mövqeyinə sahib olun


Məşğul olmaq: Bu dünyadakı ən ucuz və effektiv dərmanlardan biridir.


Deil Karneqi gənc ikən kollecə getməmişdən öncə, inəkləri sağmaq üçün səhər saat 3-də yuxudan oyanırdı. Deil özünün ilk ayaqqabısını 14 yaşında alıb, o bu zaman çox xoşbəxt olmuşdu, çünki fikirləşirdi ki, soyuq havalarda onun ayaqları isti və quru qalacaq. Atasının ona bayramda verdiyi 10 sent əsl qızıla bərabər idi. Karneqi hələ o zamanlardan vaxtın və əməyin əhəmiyyətini yaxşı başa düşürdü. O, özünün “Narahatlıqları dayandırın, yaşamağa başlayın” kitabında xırda hadisələr haqqında narahat olmaqdan necə xilas olmaq və həyatı zəhərləyən qorxudan necə çıxacağınıza dair tövsiyələr verir. Karneqi müasir motivasiya koçları olan Cen Sinsero və Mark Mansondan çox-çox əvvəl laqeydlik sənətini öyrənib. Karneqi öz kitabında praktik bir formul təqdim edir və onun formulu vasitəsilə həyatı daha xoşbəxt, qayğısız və effektiv etmək olar, eləcə də narahatlıq doğuran problemləri həll etmək mümkün olacaq. O, özünün kitabında yazır ki, tənqiddən narahat olmağı dayandırın, işlə əlaqəli narahatlığı aradan qaldırın. Psixoloq deyir ki, sizi kiçik və vacib olmayan məsələlərin məyus etməyinə icazə verməyin. Unutmayın ki, həyat mənasız şeylərə vaxt xərcləmək üçün çox qısadır.


4. Dəyişdirilə bilməyən keçmişə görə peşman olmayın


Sizdən kim həyatında 1 dəfə də olsun yonqarı mişarlayıb? Əlbəttə ki, bunu hər kəs edə bilməz.


Çünki artıq o yonqar halına gəlib. Bu eyni qaydada keçmişə də aiddir. Siz keçmiş haqqında fikirləşməyə başlayan zaman sanki yonqarı yenidən mişarlayırsınız. Karneqi bu mövzuda Fridrix Nitşe, Artur Şopenhauer kimi qədim filosofların fikirlərinə önəm verməyi vacib sayır. Bu şəxslərin hamısı dəyişdirilə bilməyən keçmişi yenidən qazanmağın mənasızlığından bəhs edir. Bu sadəcə keçmişi təhlil etməkdən deyil, onu daim düşünüb şəxsin özünü günahlandırmağından gedir. Karneqi ona görə özünənəzarətin vacibliyindən bəhs edir. “Bu dünyada hər kəs xoşbəxtlik axtarışındadır, bunu tapmağın isə sadəcə bircə yolu var. Bu sizin düşüncələrinizə olan nəzarətdən keçir”, - psixoloq deyir. Meditasiya sənəti insana bu sahədə kömək ola bilər.


5. Digər insanlara qarşı nəzakətli olun və daim öz üzərinizdə çalışın


İnsanları yenidən yaratmaq istəyirsinizə, öncə özünüzdən başlayın.


Bu, həm faydalı, həm də təhlükəsiz yoldur. Özünü kəşf etməklə bağlı tövsiyələri ilə yanaşı, Karneqi deyir ki, əxlaqi inkişafın bir sərhədi yoxdur. Fridrix Nitşedən daha humanist rəftar edən Karneqi deyir ki, insanlar özlərini ideal hiss etməmələri və həyatlarını mükəmməlliyətçi cəhənnəminə çevirməməlidirlər. Karneqi məktəbdə oxuduğu zaman heç kəs ilə dostluq etmirdi, çünki həmyaşıdları ona yoxsul olduğuna görə zarafat edirdilər, eləcə də onun bunu düzəltməyi üçün zamanı yox idi. Çünki özündən böyüklər ilə bir sırada çalışmalı olurdu. Deil Kareqinin danışıq qabiliyyəti getdiyi müzakirə klublarının birində üzə çıxıb. Bu yolla o yanlızlıqdan xilas ola bilmişdi. Karneqi deyir ki, insanlara qarşı daha dözümlü olmaq, onlara bəzi natamamlıqlarını bağışlamaq lazımdır. Müəyyən mərhələyə qədər sevmək lazımdır. Bu mövqeyinə görə, Karneqi xristianlığın humanist mövqeyinin tərəfdarlarından biridir. Belə ki, xristianlıq insanları səbr və bağışlamağa çağırır. O, özünün birinci motivasiya kursunu elan edəndə, dünyada iqtisadi böhran baş verirdi, çox uğurlu və zəngin insanlar bir anda çətin bir vəziyyətə düşmüşdülər. Bu əsnada onlara təkcə maliyyə deyil, psixoloji dəstək də lazım idi. Karneqinin yanına gələn insanların bir çoxu sabaha əmin deyildilər, bəzilərinin isə ailələri ilə problemləri var idi, bir çoxu isə karyera və biznesin gələcək inkişafına dair məsləhətlər almaq istəyirdilər. Deil bütün bu sualların cavabını vermişdi.


“Sizin sabah görüşəcəyiniz insanların ¾-ü simpatiya istəyir. Sən onu göstər, bundan sonra səni başa düşəcəklər”, - Karneqi bu məsələdə israr edir.


O, nədən bəhs etdiyini bilirdi. Deil özünün “İnsanlar ilə necə effektiv münasibət qurulur?” adlı kitabında yaxşı dostluqlar qurmağın və başqa insanları qazanmağın yolunun bu olduğuna inanır.