Fransanın paytaxtı Parisdə, Louvre sarayında yerləşən dünyanın ən böyük və ən məşhur incəsənət muzeyi Louvre muzeyi (Musée du Louvre) onlayn ziyarətə açılıb.
Facemark.az-ın məlumatına görə, hazırda muzeydə onlayn şəkildə məhdud sənət əsərlərini onlayn ziyarət etmək mümkündür.
Ancaq cümə günündən etibarən bütün sənət əsərləri onlayn olaraq görüləcək.
Anbarda saxlanılan və borc alınan əsərlərə də internet saytı üzərindən baxmaq mümkün olacaq. Hazırda onlayn görə biləcəyiniz əsərlər arasında Mona Lisa, Cana-da Toy,
Semadirek-in Qanadlı Zəfəri, Venus de Milo, Napaleonun tac geyinmə mərasimi və xalqın qarşısındakı azadlıq yer alır. Louvre muzeyi 2019-cu ildə pandemiyadan öncə 14,1 milyon şəxs tərəfindən ziyarət edilib.
Pandemiyadan dolayı muzeydəki əsərlərin yalnız bir qismi 12 mart-22 may tarixləri arasında onlayn ziyarətə açılmışdı. Bu müddət ərzində isə muzeyə 10 milyon çox ziyarət reallaşdırılıb.
Bütün sənət əsərlərinə collections.louvre.fr saytı üzərindən baxa bilərsiniz.