İlon Mask deyib ki, yaxın zamanlarda Tesla avtomobil brendi rəsmi şəkildə Rusiyada təqdim ediləcək.


Facemark.az xəbər verir ki, eyni zamanda kompaniyanın rəhbəri deyib ki, Rusiya ərazisində zavodun tikilməsi məsələsi ilə bağlı imkanlara baxılır.


Onlayn təşkil edilən “Yeni bilik” formunda Mask bildirib ki, Rusiya və MDB ölkələrinin bazarlarını yaxından izləyir.


“Düşünürəm ki, yaxın zamanlarda Rusiyada iştirak edəcəyik. Zənnimcə, bu möhtəşəm olacaq. Qazaxıstan və digər MDB ölkələrinə də daha geniş nəzər salmalıyıq. Bu, bizim üçün çox vacibdir.


İstehsalçı, eyni zamanda deyib ki, Rusiyanı zavodun tikilməsi ilə bağlı potensial yer olaraq qiymətləndirir.


“Bizim Şanxay şəhərində zavodumuz var. İstəyirik ki, dünyanın digər ölkələrində də zavodlarımız olsun. Potensial ölkə olaraq isə Rusiyanı görürük”.