Havas Wellcom Worldwide kreativ agentliyi ilə birlikdə Havas Studios-nı yaradır.
Facemark.az xəbər verir ki, Campaign Brief-in yazdığına, əsasən, yeni qlobal biznes kontent istehsalının bütün spektrini əhatə edəcək.
Razılaşmaya görə, hər iki şirkətin əməkdaşları yeni təşkilata keçid edəcəklər. İştirak payı və müəssisədən əldə edilən gəlirin bölüşdürülməsi barədə isə məlumat verilməyib.
Havas Studios-un mənzil qərargahı Londonda yerləşəcək. Ona əməliyyat direktoru Pol Uord rəhbərlik edəcək. O, Havas Studios-un qlobal baş icraçı direktoru olacaq. Ona Havas və Wellcom rəhbərlərindən ibarət olan icra komitəsi dəstək verəcək.
Kontent studiyalarının mikro şəbəkəsi birinci növbədə London, Nyu-York, Çikaqo, Kuala-Lumpur, daha sonra Avropanın digər şəhərləridə, eləcə də Avstraliya, Çin, Hindistan, Latın Amerikası və ABŞ-ın qərb sahillərində mövcud olacaq. Model, mövcud və yeni yaradılmış studiyaları birləşdirəcək. Hər bir studiya xüsusi bulud texnologiyalarından istifadə edəcək, bu isə dünyadakı komandanın real vaxt rejimində əməkdaşlıq etməsinə icazə verəcək.
Xatırladaq ki, 2020-ci ilin oktyabrında Havas Creative, Havas CX beynəlxalq şəbəkəni yaradıb. Bu isə müştəri təcrübəsi üzrə fokuslanacaq (customer experience). İstifadəçi ilə brend arasında qarşılıqlı əlaqənin tam bir dövrünü quracaq.