“Moddy’s”in direktoru Atsi Şet (Atsi Sheth) qeyd edir ki, Çin və Türkiyə istisna olmaqla, G20 ölkələrinin ümumi daxili məhsul (ÜMD) səviyyəsi təqribən 6% azalıb: “İnkişaf edən bazarlarda bu il istehsal hesabatları yığılır. Fəqət bir çox inkişaf edən bazarın əvvəlki vəziyyətinə qayıtması üçün 2022-ə qədər gözləməliyik”.
Facemark.az xəbər verir ki, beynəlxalq istiqraz kredit reytinq şirkəti Moddy’s bu açıqlamada analiz etdiyi 107 ölkədən 73%-də “investisiya qoyula bilər” nəticəsinə gəlsə də, 31,8%-nin kredit hesabatını isə “neqativ” kimi dəyərləndirib.
Hesabatda şirkət tərəfindən dəyərləndirilən, neqativ görünüşə sahib ölkənin olmadığı da qeyd edilib. “B” qiyməti ilə səciyyələndirən ölkələr 37% təşkil edərkən 68 ölkə “durağan” , 34 ölkə “neqativ”, 4 ölkə isə pozitiv dəyərləndirilib.