“Apple” yeni iPod Touch modeli üzərində işlədiyini bildirib. Multimedia oyunçuları üçün nəzərdə tutulan bu məhsul üçün iOS interfeysi istifadə olunur.


Facemark.az qeyd edir ki, yeni bu məhsul iPod seriyasının 2019-cu ildə çıxan növündən sonra 8-ci nəsil məhsulu olacaq. iPod Touch 7-ci nəsil məhsul hələ də satışda mövcuddur.


Twitter istifadəçisi və “MacRumors” əməkdaşı Stiv Muzer (Steve Moser @SteveMoser) qeyd edib ki, PR kampaniyası boşluğundan sonra Apple payız aylarında yeni iPod Touch modelini istifadəçilərinə təqdim edəcək.




Muzer bu məhsulun müxtəlif rənglərdə olacağını da qeyd edib.