Twitch dünyanın müxtəlif yerlərindən canlı yayım aparıcılarına gələn dəstəyi çoxaltmaq üçün abunə haqlarını dəyişdirməyi düşünür.


Facemark.az bildirir ki, bu canlı yayım platformasındakı “streamer” - aparıcılar abunələri ilə xüsusi əlaqəyə sahibdirlər.


Abunəçilərin hər ay ödəniş etməsi aparıcılara öz icmalarını yaratmağa kömək etməsindən başqa, həm də onları təqdir etməkləri mənasına gəlir.


Twitch-də abunəlik anlayışı, eyni zamanda aparıcılar üçün uzun müddətli dəstəyə bərabərdir. Aylıq abunə haqqı ödəyən istifadəçilər abunələrə özəl yazışma funksiyasından, aparıcı üçün xüsusi hazırlanmış emojilərdən istifadə edə bilir, eyni zamanda xüsusilə oxunmasını istədikləri mesajları işarələyə bilirlər.



Bununla birlikdə, hər kəsin abunəçi olması o qədər də asan deyil: 1-ci səviyyə abunəlik qiyməti bütün bazarlarda 4,99 dollara bərabərdir. Bu standartlaşdırılmış qiymət bir çoxlarına sevimli aparıcılarını dəstəkləməyə icazə vermir. Hazırda Avropa və Asiyada abunəlik alaraq aparıcıları dəstəkləyən aktiv istifadəçilərin sayı Şimali Amerikadakından 50% azdır. Latın Amerikada isə təxminən bu say 80% daha aşağıdır.


Bu səbəbdən Twitch izləyicilərin yaşadığı yerdən asılı olaraq abunə qiymətlərini tənzimləməyə çalışır. Tətbiq bir neçə ay ərzində insanlara uyğunlaşmaq üçün bir çox ölkədə mövcud abunə haqlarını dəyişdirəcək. Xüsusi, yaxud standart abunəlik paketlərinin qiymətləri üçün layihələr üzərində işlər getdiyi qeyd olunub.



Layihə, əvvəlcə, Meksika və Türkiyədə test formasında tətbiq edilməyə başlayıb. Bu iki ölkəni 2021-ci ilin 3-cü rübündən etibarən Asiya, Latın Amerikası, Orta Şərq, Afrika və Avropa ölkələri izləyəcək. Twitch layihə ilə bağlı bunları qeyd edib: “Layihənin tədricən tətbiq edilməsi cəmiyyətin buna öyrəşməsini asanlaşdıracaq”.