Pinterest axtarış sisteminin inkişaf etdiyini sübut etmək üçün tətbiq haqqında bəzi yeniliklər paylaşıb.
Facemark.az qeyd edir ki, Pinterest baş ofisi bu inkişafı belə açıqlayır: “İndi Pinterest-də hər ay 5 milyarddan çox axtarış verilir. İnsanlar pandemiya sonrası həyata hazırlaşarkən geyimlər, tətillər və ev təmirləri ən çox axtarılan mövzulardır. Toy məhsulları üçün axtarışlar pandemiya öncəsi olduqları səviyyədədirlər".
Pinterestin bundan əvvəlki rəsmi açıqlamasında - 2016-cı ildə axtarışlar 2 milyard idi. Bu, o deməkdir ki, Pinterest son 5 il ərzində axtarışlarda 150% artım görüb - onlayn bazarların inkişafı və pandemiya şəraiti nəzərə alsaq, bu, o qədər də təəccüblü hal deyil.
Bunun kontrastında "Google"da gündəlik 3,5 milyard axtarış olur. Bu nəhəng şirkətlə Pinterestin əsas fərqi isə Pinterestin istifadəçilərə məhsullar təklif etməsidir. Pinlər, məsləhət postları, reseptlərin köməyi ilə tətbiq istifadəçilərə daha çox xidmət təklif edir.
“Pinterest” haqqında daha ətraflı oxumaq üçün: Qlamur şəkil kolleksiyalarından reklama qədər PINTEREST