"Instagram" üçün yeni Messenger proqramının inteqrasiyası markaların birbaşa “Hootsuite” və “Sparkcentral”dan mesajları idarə etməsinə imkan verir.
Facemark.az qeyd edir ki, 2020-ci ildə Instagram beta mərhələ üçün “Messenger API”yə qoşulub. Hootsuite indi “API”ni gələnlər qutusuna və müştəri ilə əlaqələndirmə platforması “Sparkcentral”a tamamilə inteqrasiya edib.
Gələnlər qutusu istifadəçiləri cavab müddətlərini izləyə və Tapşırıqlar paneli vasitəsi ilə komandalar arasında əlaqə qura bilərlər. Bu xüsusilə fərqli şöbələri olan təşkilatlar üçün faydalıdır.
