“Apple” işçiləri yeni səs verməyə qoyulan iş rejiminə qarşı çıxıblar. Şirkət rəhbərliyi tərəfindən təklif olunan qaydaya əsasən, işçilər həftədə 3 dəfə ofisə gəlməlidirlər.


Bu barədə Facemark.az “The Verge”ə istinadən xəbər verir.


Şirkətin təxminən 80 əməkdaşı iş rejimini seçməklə bağlı rəhbərliyə məktubla müraciət edib. İşçilər məktubda keçən il uzaqdan işləyərək vəzifələrinin öhdəsindən uğurla gəldiklərini vurğulayıblar. Bəzi işçilər qeyd edir ki, bu qayda icra olunduğu təqdirdə istefa etməli olacaqlar.


“Apple” əməkdaşları pandemiyanın davam etdiyini və ofisə gələrək sağlamlıqlarını təhlükəyə atmaq istəmədiklərini bildiriblər.


Koorporasiyanın rəhbəri Tim Kuk işçilərin bir çoxunun ofisə gəlmək istədiyini düşünür. Onların bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı ofisə gəlməkləri tövsiyə olunur. Çərşənbə və cümə günləri uzaqdan işləyəcəklər. Bundan əlavə, işçilərdən bəziləri ofisə mütləq qayıtmalıdırlar, çünki işləri real ünsiyyət tələb edir.


Mütəxəssislər bildirir ki, 100%-lik uzaqdan iş rejimi işçilərin məhsuldarlığını azalda bilər. Onlar üzərində nəzarətin zəifləməsi və şirkəti kadr siyasətini dəyişdirməyə məcbur etməsi halı da istisna deyil. “Mail.ru” kimi şirkətlər isə alternativ üsullarla işçiləri ilə ortaq yol tapmağı bacarırlar.