41 mindən çox insan Ceff Bezosun gələn ay kosmos uçuşundan sonra dünyaya dönməməsi üçün ərizə imzalayıb.


Facemark xəbər verir ki, kosmik tədqiqat firması “Blue Origin”in rəhbəri Bezos 20 iyul tarixində qardaşı Mark Bezos ilə birlikdə “New Shepard” raketində şirkətin kosmosa uçan ilk insanı olacağını bildirib.


Bezosun açıqlamasından üç gün sonra milyarderin yenidən dünyaya gəlişinin qarşısını almaq üçün iki imza kampaniyası başladıldı. Hər ikisi 10 gündə minlərlə imza topladı.



23 mindən çox insan Change.org-da imza atıb: "Ceff Bezosun dünyaya qayıtmasına icazə verməyin”.


Bəzi imza atanlar petisiyanı imzalamaq üçün səbəblərini qeyd ediblər, bunlar arasında "Dünyaya Ceff, Bill (Qeyts), İlon (Mask) kimi insanlar lazım deyil. Onlar və digər bu kimi milyarderlər dünya tərəfindən istənilmir".


"Ceff Bezosun yenidən dünyaya gəlişinə icazə verilməməsi üçün ərizə" adlanan başqa bir ərizə, 18 mindən çox imza toplayıb və sürətlə rəğbət qazanıb.


Veb sayta görə, hər iki kampaniya 25.000 imza almağı hədəfləyir və onları Change.org saytında imzalanmış ən yaxşı petisiya ikilisinə çevirir.


Bezos 28 milyon dollara satılan “New Shepard” kosmik gəmisində qardaşı ilə 11 dəqiqəlik uçuş həyata keçirəcək.


"Bu uçuşa getmək istəyirəm, çünki ömrüm boyu bunun xəyalını qurmuşam. Bu, bir macəradır - mənim üçün əhəmiyyətlidir," Bezos bunu 7 iyun tarixində Instagramda yayımladığı videoda qeyd edib.