ABŞ-ın investisiya bankı “Morgan Stanley” iyulun 1-nə qədər tam peyvənd olunmamış əməkdaşlarını iyulun 12-dən Nyu-York şəhərindəki ofisinə işə buraxmayacaq.
Facemark bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı işçilərə Bankın idarəedici direktoru xəbərdarlıq edib.
Xatırladaq ki, ABŞ-ın digər investisiya bankı “Goldman Sachs” da bir qədər əvvəl əməkdaşlarına işə qayıtmazdan əvvəl peyvənd olunmaq barədə tələb qoyub.