Elektron siqaret istehsalçısı “Juul” Şimali Karolina əyalətinə 40 milyon dollar ödəyəcək. Facemark “Reuters”a istinadən xəbər verir ki, şirkətin reklamlarının gənclərə həddindən çox təsir etməsi cinayət işinin açılmasına əsas səbəbdir.


Şimali Karolina Baş Prokuroru Joş Steyn “Juul”u gəncləri siqaretə təşviq etmək səbəbilə məsuliyyətə cəlb edən ilk ştat olduğunu bildirdi. Şimali Karolina 2019-cu ildə başlatdığı məhkəmədə elektron siqaret istehsalçısını reklam yolu ilə yetkinlik yaşına çatmayanlar arasında siqaretə qarşı pozitiv münasibətləri inkişaf etdirməkdə günahlandırılıb. Eyni zamanda şirkət siqaretdən yarana biləcək zərərləri minimuma endirdiyi təsəvvürünü yaratmağı ilə də məhkəmə prosesinə cəlb olunub.


Şirkət dövlətə 40 milyon dollar ödəməklə yanaşı, yetkinlik yaşına çatmayanlar üçün cəlbedici məhsulların paylanmasını da məhdudlaşdıracaq. “Juul" artıq populyar manqo və multimeyvəli ətirlərini pərakəndə satışdan çıxarıb və Instagram, Facebook profillərini silib. Şirkət hər il bu cür məhdudiyyətlərə riayət olunmasına dair hesabatlar təqdim etməli olacaq.