“Tesla”nın xalis mənfəəti bu ilin ikinci rübündə rekord səviyyəyə - 1,1 milyard dollara çatıb.
ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” 2021-ci ilin ikinci rübünə aid hesabatını paylaşıb. Facemark hesabata əsasən bildirir ki, şirkətin xalis mənfəəti keçən ilin eyni dövrünə nəzərən 998% artaraq 1,1 dollar olub.
Qeyd edək ki, keçən ilin hesabatında şirkətin mənfəəti 104 milyon idi.
Şirkətin bu ilin ikinci rübündə əldə etdiyi gəlir isə keçən ilin eyni dövrünə nəzərən 98% artaraq 11,9 milyard dollar olub. Keçən il bu rəqəm 6 miyard idi.