"Google" IT korporasiyası gələcək illərdə çərəzlərlə bağlı yenilikləri ehtiva edən qrafikasını paylaşıb.
Facemark xarici mediaya istinadən bildirir ki, testlərin və yeni inkişaf strategiyalarının mərhələləri ilə bağlı cədvəldə çərəzlərdən imtina prosesi də əks olunub.
Şirkət bu ilin dördüncü rübündə Gizlilik Qutusu - FLoC (Google kohortları), FLEDGE (reklamçıların öz məlumatları) daxilində inkişaf etdirilən "əsas texnologiyaların" sınaqlarına başlamağı planlaşdırır. Eyni zamanda, reklamların ölçmə metodlarının sınağına başlanacaq.
- 2022 -ci ilin ilk rübündə “Chrome” şəbəkədəki fırıldaqçıları və botları müəyyən etmək üçün Trust Token API-ni işə salacaq.
- İyul 2022-dən başlayaraq FLoC və FLEDGE, eləcə də, reklam atributları və ölçmə vasitələri İnternetdə quraşdırma və miqyaslandırma üçün hazır olacaq.
- 2022-ci ilin dördüncü rübündə Google bütün bu texnologiyalar üçün ilkin keçid mərhələsinə başlamağı planlaşdırır. Bu yerdə şirkət növbəti mərhələyə keçmək üçün istifadəçilərdən geri dönüşlər toplayacaq.
- Alternativ hədəfləmə üsullarına son keçid 2023-cü ilin üçüncü rübündə planlaşdırılır. Bu mərhələ ilin sonuna kimi tamamlanmalıdır.
