Çinin “Haier” elektronika istehsalçısı “IFA-2012” konfransında gözlə idarə olunan televizor konseptini təqdim edib. Belə qurğudan istifadə etmək üçün onu birinci dəfə işə saldıqda (qoşduqda) kalibrləmək lazımdır. Bunun üçün istifadəçi başını tərpətmədən ekrandakı narıncı nöqtəni izləməlidir.
Televizor gözün hərəkətini izləməyə başlayandan sonra onu gözlə idarə etmək mümkündür. Çinlilər belə qurğuları İsveçin “Tobii” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlayıblar.