“Google” yenidən oflayn qaydada işləyəcək işçilərdən vaksinasiyadan keçməyi tələb edir.
Facemark “The New York Times”a istinadən bildirir ki, şirkətin CEO-su Sundar Piçai bununla bağlı açıqlama verib.
Bildirilir ki, “Google” işçilərindən vaksin olunmağı tələb edən ilk nəhəng texnologiya şirkətlərindən biridir. Yenilik keçdiyimiz günlərdə Baydenin federal işçilərin peyvənd olunmasını planlaşdırdığını bildirdikdən sonra paylaşılıb.
Qəzet bildirir ki, şirkət bu yeniliyi ABŞ-dakı ofislərdə yaxın həftələrdə, digər bölgələrdəki ofislərdə isə gələcək aylardan icra etməyə başlayacaq.
Həmçinin bax: Alphabet-in CEO-su haqqında 8 maraqlı fakt və sitatları - Foto