“Twitter” markalara yeni alış-veriş imkanları təqdim edir.
Facemark tətbiqin bloquna istinadən bildirir ki, yeni funksiya sayəsində onlayn alış-verişlə məşğul olmaq istəyən müştərilər markaların profillərinə girərək məhsullara baxa biləcəklər.
“Alış-veriş modulu” adlanan bu funksiya məhsullardan ibarət karusel postlar təqdim edir.
Funksiya, əvvəlcə, ABŞ istifadəçiləri üçün aktiv olacaq. Test müddəti olduğu üçün yenilik yalnız bir neçə brend üçün əlçatan olacaq.