ABŞ-da işdən çıxanları sayı aprel ayında 4 milyona çataraq son 20 ilin rekordunu qırıb. İşçilərin 25-40%-i istefa verməyi düşünür. Araşdırmalara görə, işlərini tərk etmələrinin ən böyük səbəbi pandemiyadan sonra yaşanan tükənmişlik sindromudur.


Pandemiya dövründə tükənmişlik sindromu və iş yerlərində ədalətsiz münasibətlərlə üzləşən amerikalı işçilərin peyvənd edildikdən sonra etdikləri ilk şey istefa vermək və ya yeni bir iş axtarmaq olub. Əmək Nazirliyinin verdiyi məlumata görə, aprel ayında işdən çıxanların sayı işçi qüvvəsinin 2,7 faizinə çatıb - 4 milyon olub. Bu isə öz növbəsində son 20 il rekordunun yenilənməsinə səbəb olub. Yeni məlumatlar hələ açıqlanmasa da, bu rəqəmin artacağı proqnozlaşdırılır. İşlərini tərk edənlərin bu dövrdə işləri çoxalan pərakəndə və ticarət sektoru işçiləri olmağı diqqətçəkici məqamdır. "Korn Ferry" konsaltinq şirkətinin məlumatına görə, hazırda işləyən insanların 25-40% fəal şəkildə iş axtarır.


“Tükəndik” etirafı


İyun ayında "Monster.com" karyera saytı 649 işçi arasında keçirdiyi sorğuda istefaların fenomenal artımını təsdiqləyir. Respondentlərin 95%-i işlərini tərk etməyi düşündüklərini bildirsələr də, üçdə biri bunun səbəbinin tükənmə sindromu olduğunu etiraf edib.


“Business Insider”ın mart ayında keçirdiyi sorğu bunu təsdiqləyir. Amerikalıların 61%-i ümidsiz hiss etdiklərini söyləsələr də, üçdə ikisindən çoxu COVID-19-un yüksəlişindən bəri özünü daha tükənmiş hiss etdiyini bildirib.


Şirkətlər arasındakı fərq


“Microsoft”un yanvar ayında keçirdiyi bir araşdırmaya görə, işçilərin 41%-i işlərini tərk etməyi düşünür. Əslində, bəzi şirkətlər ödənişli məzuniyyət təklif etməklə işçilərinin hiss etdiyi depressiv durumu aradan qaldırmağa çalışıb. Məsələn tanışlıq proqramı “Bumble” iyun ayında bütün işçilərinə bir həftə istirahət verəcəyini bildirmişdi.


Sağ qalma psixologiyası


Miçiqan Universitetinin əmək iqtisadçısı Betsi Stivensonun ABŞ iş bazarındakı son vəziyyəti "işi ələ keçir və itələ" adlandırması təəccüblü deyil. Xüsusilə, nə zaman rahatlaya biləcəkləri qeyri-müəyyən olduqda, uzun müddət davam edən mənfi şərtlərə dözmək və ondan qurtulmaq vəziyyətinə "sağ qalma psixologiyası" deyilir. Stivensonun sözlərinə görə, "travmatik təsirə məruz qalan iqtisadiyyata" səbəb olan pandemiya səbəbindən son 1,5 il ərzində belə şərtlər bütün dünyada mövcuddur. İnsanların istefalarının arxasında bu psixologiya dayanır. Uzaqdan işin yaratdığı "tənhalıq" və “asosiallıq” bu qəzəbi artıran ən böyük səbəblərdəndir.


Mənbə: Tükenmişlik sendromu istifaya sürüklüyor



Bizi Instagram, Facebook, Instagram, Telegram, YouTube və Twitter-də izləməyi unutmayın!