Şirkət işçilərinin 70%-nin vaksin olunmasına baxmayaraq, əsas ofisi San-Fransiskoda olan “Uber” işçilərindən vaksin olunmağı tələb edəcək.


Facemark xarici mediaya istinadən bildirir ki, şirkət CEO-su Dara Xosrovşahin bu həftə CNBC-ə verdiyi müsahibədə “Ağ yaxalı işçilər gündə 8-10 saat birlikdə vaxt keçirir. Delta variantından sonra bu, ofisə qayıtmaq üçün asan çağırış oldu” deyə qeyd edib.


Əlavə bax: Uber CEO-su Dara Xosrovşahinin qəribə həyatı və keçmişi


“Yaxşı olardı ki, həm motosikl, həm də maşın sürücülərinə peyvəndi məcbur edək. Çünki onlar kiçik bir sahədə müxtəlif müştərilərlə birlikdə olurlar. Amma aylıq 100 milyon sürücü davamlı olaraq digər insanlarla birlikdə işləyir, onların hər birinə bunu məcbur edə bilmərik”, - o bildirib, - “Bir şirkət kimi, vaksinləşməyə məcburiyyəti biz yox, hökumət və federal şirkətlər qoymalıdır”.