Çinin texnologiya nəhəngi “Xiaomi” yeni “CyberDog” dörd ayaqlı robotunu təqdim edib.
Facemark "The Verge"ə istinadən bildirir ki, robot 12 km/saat sürətlə hərəkət edir. Onun çəkisi 3 kq-dır və kameralar, sensorlar, GPS modulu və geniş bucaqlı gözlə təchiz olunub. “CyberDog” Amerikanın “Nvidia” şirkətinin “Jetson Xavier” süni intellekt platformasında hazırlanıb.
“Xiaomi” yeni ixtiranın məqsədini açıqlamır. İlk partiyada 1.000 ədəd istehsal ediləcək və birinin qiyməti 9999 yuan (təxminən 1.540 ABŞ dolları) olacaq.