ABŞ prezidenti Co Bayden administrasiyası 2050-ci ilə qədər aviasiya yanacağından istifadəni dayandırmağı müzakirə edir. Buna səbəb iqlim dəyişikliyinin qarşısını almaqdır.


Facemark “Reuters”a istinadən bildirir ki, ABŞ ölkədəki təyyarələrin 2050-ci ilə qədər yalnız bərpa olunan yanacaqla uçacağını ümid edir. Müzakirələr hələ ilkin mərhələdədir, digər detallar məlum deyil.


Prezident administrasiyası ekoloji cəhətdən təmiz yanacaqdan istifadə məsələsinin nəzərdən keçirildiyini təsdiqləsə də, dəyişikliklərin 2050-ci ilə planlaşdırıldığı barədə məlumatı şərh etməyib.


Qeyd edək ki, ABŞ və Avropa standart aviasiya yanacağından bir neçə dəfə bahalı olan bərpa olunan yanacaqların istehsalını və istifadəsini stimullaşdırmaq yollarını tapmağa çalışır.