Samsung “Samsung Music”, “Samsung Pay” və “Samsung Weather” tətbiqlərindən reklamları siləcək. Bu barədə “Samsung” şirkətinin mobil rabitə departamentinin prezidenti TM Roh həmkarları ilə onlayn görüşü zamanı açıqlayıb.
Facemark xarici mediaya istinadən bildirir ki, keçən il şirkət tətbiqlərində reklam nümayiş etdirməyə başladı. Yenilik “Galaxy” smartfon və planşet istifadəçilərinin narazılığına səbəb olub.
Departament prezidenti bildirib ki, onlar reklamların göstərilməsini Galaxy ekosistemində kontentləri brendin tətbiqlərinə daha yaxşı inteqrasiya etmək üçün imkan kimi görürdü. Lakin “Samsung”un ən qabaqcıl məqsəd və missiyasi istehlakçı təcrübəsini inkişaf etdirməkdir. Reklamların silinəcəyi tarix isə məlum deyil.