Lüks bəzək əşyalarının məşhur məkanı “Tiffany & Co.” məşhur Hollivud cütlüyü Beyonce və Jay-Z-nin iştirakı ilə “Sevgi Haqqında” adlı reklam kampaniyasına başlayıb.


Facemark xarici mediaya istinadən bildirir ki, Jan-Mişel Baskiya (Jean-Michel Basquiat) rəsminin qarşısında görünən Carters ikilisi ikonik zərgərlik parçalarını nümayiş etdirir. “Jean Schlumberger”in Qaya broşu Jay-Z-nin kostyumunda yer alarkən Beyonce şirkətin reklam kampaniyaları tarixində ilk dəfə istifadə olunan “Tiffany Diamond”u nümayiş etdirir.



Cütlük kampaniyanın yaradıcı istiqamətində böyük rol oynayıb. Reklam çarxı rejissor Emmanuel Adjeinin köməyi ilə Jay-Z tərəfindən “Super 8” kamerası ilə çəkilib. Fonda Beyonce tərəfindən səsləndirilən “Moon River” klassik səhər yeməyini müşaiyət edir.


Qeyd edək ki, “Sevgi haqqında” adlı reklam cütlüyün birlikdə yer aldığı ilk kampaniyadır.