“Samsung” növbəti dəfə rəqibi “Apple”ı lağa qoyub. Facemark xarici mediaya istinadən bildirir ki, şirkət “iTest” tətbiqinin təsvirində Stiv Cobsa istinad edərək istifadəçiləri qəzəbləndirib.
iPhone (iTest) üzərindəki “One UI shell test” tətbiqetməsində şirkət “Apple”ın qurucusu Stiv Cobsa söz atıb. Təsvirdə Koreya şirkətinin bütün cihazlarının bənzərsiz olduğu və "hansısa tısbağa sahibinin telefonunuzun necəliyini sizə diktə etməsinə icazə verməyin" sözləri qeyd edilib. Cobs, demək olar ki, həmişə cins şalvarla “turtleneck” adlanan uzunboğaz geyimdən istifadə edib - bu geyim forması onun xüsusi əlamətlərindən birinə çevrilib.
İstifadəçilər bu trollinqə mənfi reaksiya veriblər: "Vəfat etmiş adamla rəqabət aparan bir şirkətin qurucusu olmaq özü lağa qoyulasıdır". Bəziləri “Samsung” məhsullarını boykot etməyə çağırıb. “Samsung” şərhlərə cavab olaraq açıqlama verməyib.

