Oyun adı altında kriptovalyuta cüzdanlarının məlumatlarını oğurlayan troyan aşkar edilib.


Facemark xarici mətbuata istinadən xəbər verir ki, “Kaspersky Lab”ın məlumatına görə, hakerlər məlumatların oğurlanması üçün “Among Us”, “Battlefield 4”, “Battlefield V”, “Control”, “Counter-Strike: Global Offensive”, “FIFA 21”, “Fortnite”, “GTA V”, 2Minecraft”, “NBA 2K21”, “Need for Speed Heat”, “PUBG”, “Rust”, “The Sims 4” və “Titanfall 2” oyunlarından istifadə edib. Bu tip faylların yüklənməsi halları 45 ölkədə qeydə alınıb. Zərərverici proqramın aktivliyi bu ilin yazında pik səviyyəsinə çatıb.


Məlumata görə, troyan saxlanılan parolları, mətn fayllarını oğurlaya bilir, sistem haqqında məlumatlar toplayır, kompüterin əsas səhifəsinin srkinşotunu alır.