2021-ci ilin avqustun 1-nə Azərbaycandakı bankların kredit portfelinin həcmi ilin əvvəlindən 5,7% artaraq 14.966,5 mln. manat təşkil edib.
Facemark "APA-Economics"ə istinadən bildirir ki, portfelin əsas hissəsinin (58,3%) təşkil edən biznes kreditlərin həcmi ilin əvvəlindən 3% artaraq 8.728,5 mln. manat təşkil edib.
Ümumi portfelin 26,9%-ni təşkil edən istehlak kreditləri isə ilin əvvəlindən 9,9% artaraq 4 024,60 mln. manata çatıb.
İpoteka kreditlərinə gəldikdə onların ümumi portfeldə payı 14,8% təşkil edib və ilin əvvəlindən bu növ kreditlərin həcmi 9,7% artaraq 2.213,4 mln. manat olub.