Azərbaycanda kiçik və orta biznes (KOB) subyektləri üçün yeni elektron ticarət (e-ticarət) platformasının beta versiyası yaradılıb.
Facemark bildirir ki, bunu "APA-Economics"ə "Goldenpay" şirkətinin İdarə Heyətinin sədri Naina Mehdiyeva deyib.
Onun sözlərinə görə, oktyabrın sonunadək istifadəyə verilməsi nəzərdə tutulan e-ticarət platformasına 50-dək şirkətin məhsulları artıq yerləşdirilib.
"Hazırda platformanın beta-versiyası onlayn olaraq mövcud deyil. O, ayrı serverdə yerləşdirilib və yalnız kommersiya şirkətləri üçün əlçatandır. Sahibkarlıq subyektlərinin sayı müəyyən həddə çatdırıldıqdan sonra platforma onlayn formatda fəaliyyətə başlayacaq. Elektron ticarət platforması hesab.az daxilində əlavə modul kimi fəaliyyət göstərəcək və istehlakçılar oradan məhsulları ala biləcəklər", - deyə N. Mehdiyeva qeyd edib.