İngiltərədə yerləşən bəzi məktəblər uşaqların yemək zamanı ödədiklərini yoxlamaq üçün üz tanıma üsulundan istifadə etməyə başlayıblar.


Facemark xarici mənbəyə istinadən məlumat verir ki, Şotlandiyanın North Ayrshire bölgəsindəki məktəblər bu texnologiyanın kart və ya barmaq izi skanerlərindən daha sürətli və gigiyenik olduğunu iddia edirlər.


Üz tanıma tətbiqi ilə şagirdlər sadəcə olaraq yeməklərini seçir, kameraya baxır və gedirlər. Bununla da nahar menyusu daha tez hazırlanır.