“Author Clock” adlı saat vaxtı müxtəlif əsərlərdən cümlələr vasitəsilə göstərir.


Facemark xarici mənbəyə istinadən məlumat verir ki, fərqli müəlliflərin minlərlə sitatını ehtiva edən ”Author Clock” xüsusilə ədəbiyyat həvəskarlarını cəlb edən bir dizayndadır. Sitatlar günün xüsusi saatlarında görünür və bunun vasitəsilə istifadəçi vaxtı daha maraqlı bir formada öyrənə bilər. Bunun üçün təxminən 600 ili əhatə edən bir dövrün ədəbi əsərlərindən istifadə olunub.