İstifadəçinin telefona taxa biləcəyi ”At Skin” başlığı dəri xərçəngi də daxil olmaqla bir çox xəstəliyi erkən mərhələdə aşkar etməyə imkan verir.


Facemark xarici mənbəyə istinadən məlumat verir ki, lensə bənzər bir smartfon əlavəsi olan “At Skin” dəri ilə əlaqəli bütün xəstəlikləri yoxlaya bilir. Ümumi dəri sağlamlığı elementlərini skan edə bilən smartfon aksesuarı “Borderless Design Consultancy” tərəfindən hazırlanıb.