Yeni avtobus turu Honq Konq sakinlərinə çox ehtiyac duyduqları əlavə yuxunu almağa imkan verir.


Facemark xarici mənbəyə istinadən məlumat verir ki, “Sleeping Bus Tour” iki mərtəbəli avtobusla Honq Konq ətrafında 76 kilometr 5 saatlıq səyahətdir. Honq Konq universitetində yuxu ilə bağlı araşdırmalar aparan doktor Shirley Linin "Honq Konqda insanların yatmağa kifayət qədər vaxtı yoxdur" açıqlamasından sonra turun təşkilinə başlanılıb. Belə ki, araşdırmalar göstərib ki, insanların iş yerlərində effektivliyi yuxu rejimləri ilə sıx bağlıdır, bu səbəbdən də araşdırmaçılar buna özəl bir tur təşkil etməklə insanlara bir daha yuxunun önəmini xatırlatmağa çalışırlar. Avtobus şəhərin Lantau adası və hava limanı kimi yerlərdə dayanır, burada sərnişinlər oyaq olduqları halda enib foto çəkdirə bilərlər. İlk tur üçün biletlər adambaşına təxminən 13 dollardan 51 dollara qədər olub və tez bir zamanda satılıb.