Böyük Britaniya şirkəti klassik avtomobilləri elektrik avtomobilinə çevirir.
Facemark xarici mənbəyə istinadən məlumat verir ki, “London Electric Cars” avtomobilin orijinal xüsusiyyətlərini saxlamağı və mühərriki təkrar emal edilmiş elektrik avtomobil hissələri ilə əvəz etməyi hədəfləyir. Şirkət bunu “Rover Minis”, “Land Rovers” və “Bentley” kimi ingilis klassikləri ilə edib.
Qeyd edək ki, belə avtomobilin dəyişdirilməsi ucuz deyil. Qiymətlər təxminən 35.000 dollardan başlayır və bunun həyata keçirilməsi altı aya qədər çəkə bilər.