"Migros" onlayn kanalların inkişafını sürətləndirmək üçün yeni bir şirkət quracağını açıqlayıb.


Facemark xarici mənbəyə istinadən məlumat verir ki, "Migros"un İctimaiyyəti Məlumatlandırma Platformasına verdiyi açıqlamada bildirib ki, şirkətin bunu etməkdə əsas məqsədi müştərilərin artan tələblərinə daha qısa müddətdə cavab verməkdir. Yeni qurulacaq şirkətin onlayn kanalların inkişafını da sürətləndirəcəyi qeyd olunub.