İga Weglińska tərəfindən hazırlanmış interaktiv geyimlər insan orqanizmində baş verən psixofizioloji dəyişiklikləri vizual şəkildə əks etdirir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, dizayner İga Weglińska sağlamlıq sahəsində istifadə olunan "biofeedback" adlı texnikadan istifadə edərək emosiyalarla qarşılıqlı əlaqədə olan 2 yeni geyim hazırlayıb. Bu layihə həm də "Emotional Clothing" adlanır.


Bədən istiliyi, dərinin qalvanik reaksiyası, ürək döyüntüsü və propriosepsiya (daxili qavrayış) kimi amillərə cavab verən dizaynlar koqnitiv aktivliyi və şüurunu oyatmaq məqsədi daşıyır. Geyim insanın bədənində baş verən psixofizioloji dəyişikliklərin siqnallarını əyani olaraq göstərir.


Videonu link vasitəsilə izləyə bilərsiniz.