"Nestlé" şirkətində 27 ildir rəhbər vəzifələrdə çalışan Leszek Wacirz "Nestlé" Türkiyənin yeni baş icraçı direktoru təyin edilib.
Facemark xarici xəbərə istinadən xəbər verir ki, Leszek Wacirz vəzifəsinin icrasına 2022-ci il yanvarın 1-dən başlayacaq. Dünyanın aparıcı qida şirkəti "Nestlé"nin idarə heyəti daha çevik bir iş modeli yaratmaq məqsədi ilə fəaliyyətini yeni regional strukturla davam etdirmək qərarına gəlib.
2022-ci ilə qədər həyata keçiriləcək struktur dəyişikliyinə uyğun olaraq "Nestlé" Türkiyə şirkətinin baş direktoru olan Yaser Abdul Malak isə Asiya və Afrika bölgəsində Yaxın Şərq və Şimali Afrika Bölgəsinin baş meneceri vəzifəsinə təyin edilib.