Keçən il Benoit Pagotto, Chris Le və Steven Vasilev tərəfindən qurulan "RTFKT" virtual idman ayaqqabısı dizaynları ilə metaverse texnologiyasını mərkəz sayan virtual ayaqqabı şirkətidir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, rəqəmsal transformasiyasını sürətləndirən, mədəniyyət və oyunu birləşdirən marka, "NFT" kolleksiyaları üçün daha bir böyük addım ataraq "RTFKT"ni aldığını açıqlayıb. Bu yenilik "Nike"ın təcrübəsini və gücünü "RTFKT"nin "NFT" təcrübəsi ilə birləşdirir. Nəticədə bu da yeni əlaqələrə yol açır. Məqsəd "RTFKT" brendinə sərmayə qoymaq və innovativ, yaradıcı cəmiyyətlərə xidmət etməklə "Nike"ın imkanlarını genişləndirməkdir.