“Panasonic” şirkəti mobil qurğulara quraşdırılmış kameralarda istifadə üçün nəzərdə tutulmuş yeni nəsil “SmartFSI” foto datçiki hazırlayıb.

1/3,06 düymlü matris 13 milyon piksel təsvir ölçüsünə malikdir. O, yüksək işığa həssaslığı ilə xarakterizə olunur. “Panasonic” şirkəti iddia edir ki, “SmartFSI” foto datçiki yaxşı rəngverilişini təmin edir və zəif işıqlanma şəraitində belə keyfiyyətli fotolar çəkməyə imkan verir.

 Datçikin smartfon və planşet kompyuterlərində tətbiq ediləcəyi gözlənilir. “SmartFSI” əsasında hazırlanan kamera modulları indikilərlə müqayisədə daha nazik olacaq. Nəticədə portativ qurğuların qalınlığını azaltmaq mümkün olacaq. “SmartFSI” foto datçikinin kütləvi istehsalına 2012-ci ilin dekabrında başlanılacaq.