Donald Trampın həyat yoldaşı Melanya Tramp öz "NFT" platformasını qurduğunu açıqlayıb. Bu platformada bir çox rəqəmsal sənət əsərləri satılacaq.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melanya Tramp sosial media hesabında öz "NFT" platformasını qurduğunu açıqlayıb.


Melanya Tramp açıqlamasında"Melania's Vision" adlı məhdud sayda rəqəmsal sənət əsərinin dekabrın 31-dək platformada satışa çıxarılacağı bildirilib.


"NFT" (Non-Fungible Token) - bu texnologiya sayəsində bir çox rəqəmsal əsərlərə sahiblik etmək mümkündür. Beləliklə, ilk "NFT" təxminən 150 dollar dəyərində olacaq və gəlirin bir hissəsi himayədarlıqda böyümüş və kompüter elmləri və texnologiyasına marağı olan uşaqlara veriləcək.