ABŞ-da yerləşən lüks daşınmaz əmlak şirkəti "ONE Sotheby's International Realty" ilə virtual məkanların dizaynında ixtisaslaşan "Voxel Architects", NFT kolleksiyaçısı Gabe Sierra ilə birlikdə dünyanın ilk "metareal" evini təqdim edib.
Facemark xarici xəbərə istinadən xəbər verir ki, tikintisi 2022-ci ilin dördüncü rübündə başa çatacaq malikanə Mayaminin ən məşhur məhəllələrindən birində bir hektar ərazidə tikiləcək. 11 min kvadratmetr sahəyə yayılacaq malikanədə yeddi yataq otağı və doqquz vanna otağı olacaq. "Voxel Architects" tərəfindən yaradılacaq virtual versiya bu xüsusiyyətləri tam əks etdirəcək. Ev 2022-ci ildə hələ açıqlanmayan qiymətə hərraca çıxarılacaq.