''Google''un ana şirkəti ''Alphabet'' 2021-ci ilin son rübü üçün maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətin hazırladığı hesabatda gəlirlərin yüzdə 32 artaraq 75,3 milyard dollara çatdığı bildirilib. Şirkət son rübdə də gəlirliliyini artırıb.
ABŞ-ın texnologiya nəhəngi ''Google''un ana şirkəti olan ''Alphabet'' 2021-ci ilin dördüncü rübü üçün maliyyə vəziyyəti hesabatını paylaşıb. Şirkətdən verilən açıqlamalarda, 2021-ci ilin dördüncü rübündə qazancın 75,3 milyard dollar olaraq qeyd edildiyi bildirilib. Bu gəlir əvvəlki illə müqayisədə 32 faiz çoxdur.
''Alphabet'' ötən ilin əvvəlindən sonuna kimi 257,6 milyard dollar (257 milyon 600 milyon) qazanıb. Bu pul 2020-ci illə müqayisədə 41 faiz artım deməkdir.