''Decentraland''da açılan və ''Onyx Lounge'' adlanan ilk bank filialı tezliklə fəaliyyətə başlayacaq.
Facemark.az xarici xəbərə istinadən xəbər verir ki, bazar dəyəri baxımından dünyanın ən böyük bankı olan Amerika investisiya bankı JPMorgan, blockchain əsaslı metaverse platforması ''Decentraland''da ilk filialını açaraq metaversenin ilk bank filialı oldu.
''Metaverse''dəki filialını ''Onyx Lounge'' olaraq adlandıran bank, metaversedə bank əməliyyatları üçün ilk ünvan olmağı hədəfləyir. Bu inkişafla JPMorgan müştəriləri ''Decentraland''da Etherum əsaslı xidmətlərdən yararlana biləcəklər. Hələlik aktiv fəaliyyət göstərməyən filialın yaxın vaxtlarda fəaliyyətə başlaması planlaşdırılır.
Gələcəkdə bir çox real dünya biznesinin ''Metaverse''də yer alacağını ifadə edən JPMorgan, dərc etdiyi hesabatda, “Zamanla virtual daşınmaz əmlak bazarı kreditlər, ipoteka və icarə də daxil olmaqla fiziki dünya kimi xidmətləri görməyə başlaya bilər.” Metaverse''in gələcəkdə bütün bəşəriyyət üçün əhəmiyyətli bir tikinti bloku olacağını düşünən JPMorgan, ənənəvi maliyyə şirkətlərini tamamilə blokçeyn üzərində işləyən və heç bir mərkəzləşdirilmiş struktura malik olmayan avtonom şirkətlərlə (DAO) əvəz edə biləcəyini bildirib.