''Spotify'' ABŞ-dakı abunəçilərinə "Car Thing Player" məhsulunu təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, keçən ilin aprelində ''Spotify'' dinləyicilərə musiqi, xəbərlər, podkastlar üçün ağıllı avtomobil pleyeri yaradıldığını elan edib.


“Avtomobildə fasiləsiz və fərdiləşdirilmiş dinləmə təcrübəsi” təqdim edən cihazın qiyməti 89 dollardır. Cihaz həmçinin istifadəçilərin müxtəlif mahnılar və albomlar arasında keçidini asanlaşdıran səsli əmr funksiyalarına malikdir. Eyni zamanda cihaz gecə istifadəsi üçün gecə rejimi funksiyasına da malikdir.


''Car Thing Player''dən istifadə etmək üçün mobil məlumat bağlantısı olan smartfon və ''Spotify Premium'' abunəsi tələb olunur.