Bu ilin yaradıcı reklam təqdim edən şirkəti ''AB InBev'' olub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu il ''Anheuser-Busch InBev'' Kannda cəsarətli, kreativ və yenilikçi marketinq həlləri ilə gündəmə gələn reklamçıların uğur sabitliyi nəzərə alınaraq təqdim edilən ''İlin Yaradıcı Marketoloqu'' adına layiq görülüb.


İlin yaradıcı reklamçısı seçilməkdən qürur duyduqlarını bildirən ''AB InBev'' rəhbəri Pedro Earp, son beş ildə yaradıcılığı fəaliyyətlərinin mərkəzinə qoymağa çalışdıqlarını və mükafatın həm onların səyləri, həm də əldə etdikləri nailiyyətlər olduğunu bildirib.


Keçən il Microsoft ''İlin Yaradıcı Reklamçısı'' adına layiq görülmüşdü.