Rusiyanın Ukraynaya qarşı müharibəsi çərçivəsində tətbiq etdiyi sanksiyalar davam edir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ''Meta'' və ''YouTube''dan sonra ''Google'' da Rusiya dövlətinə bağlı media orqanlarının da platformalarından pul qazanmasının qarşısını alır. Açıqlamalara görə, nəhəng şirkət Rusiya mediasının reklamdan gəlir əldə etməsinə mane olmaq qərarına gəlib.
Reklam gəlirləri ilə yanaşı, Rusiya ilə əlaqəli hesablar ''Google'' və ''Meta'' kimi nəhəng şirkətlərin platformalarında göstərilməyəcək. Bundan əlavə, Rusiyanın dəstəklədiyi 26 ''YouTube'' kanalındakı reklamlardan iki il ərzində təqribən 7-32 milyon dollar gəlir əldə etdiyini nəzərə alsaq, şirkətin verdiyi qərarın ciddi bir embarqo olduğunu söyləyə bilərik.